Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxanada ”Nizami Gəncəvi - Şərqin böyük dühası” adlı tədbir keçirilib

19.11.2021

Noyabrın 19-da Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvi - Şərqin böyük dühası” adlı ədəbi-bədii kompozisiya oynanılıb.

Mərkəzi Kitabxananın direktoru Əlhəddin Nəzərov Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsini ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan mühüm addım kimi qiymətləndirib.

Sonra Göyəçöl kənd kitabxana filialının müdiri Yəhya Şükürov vurğulayıb ki, Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Sonra Kitabxana əməkdaşları Aygül Mirzəzadə və Arzu Hüseynova Nizami Gəncəvinin həyatı və ədəbi yaradıcılığından bəhs edən məruzə ilə çıxış ediblər.

Əməkdaşlardan Ağahüseyn Hüseyni və Rasif Dadaşovun ifasında Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” əsəri səhnəcik formasında təqdim edilib. Məktəblilər isə Nizami Gəncəvinin əsərlərindən götürülmüş “Atanın oğula nəsihəti", “Az danışmağın gözəlliyi”, “İtlərin dostluğu”, ”Bayquş ilə Həzrət Süleymanın söhbəti”, “Ovçu ilə it” adlı şeir və qəzəllər oxuyublar.