Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəssam Təhmasib Məcidovun əsəri ”Qələbə hünəri” respublika yaradıcılıq sərgisində nümayiş olunub

19.11.2021

Vətən müharibəsinin ildönümü münasibətilə Bakı şəhərində baş tutan incəsənət layihələrindən daha biri - “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi 5 - 10 noyabr tarixlərində həyata vəsiqə alıb. Sərgi Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. "Xətai" Sənət Mərkəzində reallaşan sərgiyə paytaxt Bakı şəhəri də daxil olmaqla, respublikanın müxtəlif regionlarından olan fırça ustaları öz rəsm əsərləri ilə qatılıblar.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərgidə nümayiş etdiriləcək əsərlərin mövzusu və sərgi çərçivəsində qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov sərgidə "Şəhidlərin şahidləri" adlı rəsm əsəri ilə iştirak edib.

Məlumat üçün qeyd edək ki, münsiflər tərəfindən 200-dən yuxarı əsər arasından 39 müəllifin 45 əsəri sərgidə nümayiş etdirilmək üçün seçilib. Sərgidə təmsil olunan rəssamlara təşkilatçılar tərəfindən "Sertifikat" təqdim edilib.