Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 31 mart soyqırımı qurbanları anıldı

30.03.2018

30 mart 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı qurbanları anıldı. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun veteranları, ağsaqqalları, ziyalıları iştirak etmişlər.

      Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq qeyd etmişdir ki, iki əsrdir mənfur erməni xisləti ilə üz-üzə qalmışıq, ermənilərin Azərbaycanlılara qarşı kütləvi qırğınları həmin vaxtdan bu günümüzə kimi davam edir.

      "Dəfinə" məktəb - liseyinin "Tərəqqi" medallı müəllimi, Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov soyqırım gününün hərtərəfli təhlilini əks etdirən məruzə ilə çıxış etdi.

      Məruzə ətrafında müzakirələrdə həftəlik "Yeni həyat" qəzetinin Baş redaktor müavini Rəsul Rzayev, MƏSQ rayon təşkilatının sədri Məmmədaqa Şiriyev, Qodman kənd ərazi nümayəndəsi,  Aprel döyüşçüsü Əziz Cankişizadə,  Şıxlar kənd 1 nömrəli məktəbin tarix

müəllimi Riyalə Səmədova çıxış edərək, erməni vandallarının törətdiyi fəlakətlərdən danışdılar.

      Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırmışdır.