Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda 31 mart-Soyqırımı qurbanlarının xatirəsi anıldı

30.03.2018

30 mart 2018-ci il tarixdə Cəlilabad rayon İcra Hakimiyyətinin və Masallı Regional  Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir  keçirildi.

    Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçı cənab Namiq Zeynalov, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.Tədbir iştirakçıları Soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Sükut başa çatdıqdan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında çəkilmis "Mart hadisələr... Və ya "Qara oyunlar"" adlı film nümayiş etdirilmişdir. Bundan sonra Cəlilabad Rayon icra Hakimiyyəti başçısı Namiq Zeynalov 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım

hadisələri haqqında ətraflı məlumat verdi.

Tədbirdə həmçinin digər iştirakçılar soyqırımı ilə bağlı ətraflı məruzə ilə çıxış etdilər.