Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 aprel Kəlbəcərin işğal günüdür.

02.04.2018

2 aprel 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Kəlbəcər rayonunun işğal günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin işçisi Gülər Kərimova Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvəlləri tərəfindən 1993-cü il 2 aprel tarixində işğal olunduğunu, çoxlu sayda soydaşımızın çovğuna, şaxtaya düşərək həlak olduğunu, silahsız və köməksiz əhalinin ev-eşiyini, var-dövlətini tərk etməyə məcbur olduğunu bildirdi.

       Daha sonra çıxış edən Kitabişləmə və Komplektləşdirmə şöbəsinin işçisi Nahidə Fərəcova BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni işğalçılarından ərazini tərk etməyi tələb edən 822 nömrəli qətnamə qəbul etməsinə baxmayaraq uzun illər ərzində icra edilmədiyini,ölkə rəhbərliyinin siyasəti nəticəsində torpaqların tezliklə geri qaytarılacağına inamını ifadə etdi.