Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda 31 mart-Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi.

02.04.2018

30 mart - 02 aprel 2018-ci il tarixlərdə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabad Dövlət Rəsm Qalareyasında qalareyanın dərnək üzvlərinin və Cəlilabad İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur.

     Tədbirdə rayon ictimaiyyətin nümayəndələri və məktəblilər iştirak etmişdir. Soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra sərgiyə baxış keçirilmiş, iştirakçılara sərgi haqqında ətraflı məlumat verilmişdir.