Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq təbiəti və təbiət

06.09.2018

      Bəli, uşaqlar təbiətlə təmasda olduqca,onlarda gördükləri və öyrəndikləri şeylər qarşısında heyranlıq duyğusu yaranır.Uşaqlar kiçik yaşlarından təbiəti tanımalı, sevməlidir ki, gələcəkdə təbiətlə bağlı problemləri bilməli və həllini tapmalıdır.
Ətraf və təbiətə əhəmiyyət verən,sağlam, yaradıcı nəsil yetişdirmək üçün uşaqların ətraf aləmlə-təbiətlə əlaqələri hər zaman diqqətdə saxlamaq lazımdır.

       " Uşaq təbiəti və təbiət" mövzusu ilə bağlı  fidan balaların təbiətə olan münasibətini və təbiətlə bağlı fikirlərini,kiçik düşüncələrini dinləmək, təbiəti onlara sevdirmək , təbiəti  qorumaq məqsədi ilə  R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq muzeyin əməkdaşları   Masallı şəhər 1 saylı, 3 saylı və 4 saylı Körpələr evi və Uşaq baxçalarında oldular. İstər canlı təbiətdə,istər fotolarda təbiətin gözəlliyini uşaqlar öz düşüncələri ilə bildirdilər.Kimi topla oynamağı,kimi ağac əkməyi,kimi torpağı qorumağı,kimi meyvələrin sevməyini,kimi nə edəcəyini bildirdilər.