Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Halay folklor qrupu Türkiyədə

10.09.2018

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin Halay folklor kollektivi Türkiyə Respublikasının Nazilli rayon bələdiyyə Başkanı Haluk Alıcıkın  dəvəti ilə 02-07 sentyabr 2018-ci il tarixlərində Nazillinin qurtuluşunun 96-cı ildönümü ilə əlaqədar təşkil olunan folklor festivalında iştirak etmişlər.

        Səfər zamanı nümayəndə heyəti və qrup üzvləri Nazilli Bələdiyyə başkanı Haluk Alıcık , Nazilli Milli Eyitim müdiri Hıdır Dağaşan və digər rəhbər şəxslərlə görüşmüşdür.

         Şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlərdə Halay folklor kollektivinin rəngarəng çıxışları tamaşaçıların rəğbətini qazanmışdır.

          Səfərin son günü Bələdiyyə başkanı Haluk Alıcık tərəfindən nümayəndə heyyətinə və qrup üzvlərinə çıxışlarına görə xüsusi təşəkkürnamə təqdim edilmişdir.