Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Milli Musiqi Günü” qeyd edildi

18.09.2018

18 sentabr 2018 ci il tarixdə Yardımlı rayon Uşaq Musiqi Məktəbində    “Üzeyir Musiqi Günü” adlı tədbir keçrildi.Uşaq Musiqi Məktəbinin direktoru Z.Əkbərov tədbiri açıq elan edərək  iştirakçıları təbrik etdi və Üzeyir bəyin musiqidə göstərdiyi misilsiz  xidmətləri barədə arayış verdi.
         Sonra məktəbin musiqi nəzəryəsi müəllimi Baba Babazadəyə söz  verildi o, Milli Musiqi günü və Üzeyir Hacıbəyovun musiqidə göstərdiyi misilsiz xidmətləri barədə geniş məruzə etdi. Məruzə ətrafında çıxışlar oldu.  Məktəbin müəllimi Lalə Tağılı, Rövşən Cəfərov və başqaları çıxışlar etdilər.
        Sonda məktəbin şagirdləri Üzeyir Hacıbəyovun əsərlərindən ibarət solo konsert verdilər.