Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nikahların fəsadları

24.10.2018

24 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında “Erkən nikahların fəsadları” başlığı altında tərbir keçirilib. Tədbiri giriş sözü ilə açan Oxu zalının müdiri Şəmsurə Nəsirova erkən nikahların müasir dövrün aktual sosial problemlərdən biri olduğuna diqqət çəkib, cəmiyyət üçün arzuolunmaz hesab edilən, insan şəxsiyyətini alçaldan bu mənfi hala qarşı birlikdə mübarizə aparmağın vacib olduğunu bildirib. Sonra çıxış edən böyük kitabxanaçı Aidə Quliyeva erkən nikahların yaranmasının kökündə müxtəlif səbəblər dayandığını deyərək, ölkəmizdə buna qarşı qanunvericiliyə uyğun olaraq lazimi tədbirlər görüldüyünü vurğulayıb.