Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar, gəlin kitabla dost olaq

18.10.2018

18 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında“Uşaqlar, gəlin kitabla dost olaq”, “Oxuyun ki, biləsiniz” başlıqları altında kitab sərgisi təşkil edilmişdir. Sərgidə iştirak edən şəhər 3 saylı orta məktəbin 1-ci sinif şagirdləri yeni nəşrlərlə tanış olub. Oxu zalının işçisi Həbibə Hüseynova onlara kitab oxumağın misilsiz faydaları haqqında məlumat verərək, asudə vaxtlarından səmərəli istifadə etmələrini, kitabxana xidmətlərindən daha çox yararlanmağı tövsiyyə etmişdir.