Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ədəbiyyatda əbədiləşən ömür

17.09.2018

17 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Azərbaycanın görkəmli dramaturqu və kinossenarist İmran Qasımovun anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə ilk çıxış edən Oxu zalının müdiri Şəmsurə Nəsirova İmran Qasımovun zəngin ədəbi-bədii irsə malik olduğunu deyərək, Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərindən danışdı. Sonra çıxış edən şöbənin işçiləri Həbibə Hüseynova və Aidə Quliyeva  görkəmli yazıçının ssenariləri əsasında bir çox filmlərin çəkildiyini, Həsən Seyidbəyli ilə birgə müəllifi olduqları ssenari üzrə çəkilən “Uzaq Sahillərdə” filminin xüsusilə geniş şöhrət qazandığını vurğuladılar.