Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada konsert

06.11.2018

Noyabrın 6-da Masallı Regional Mədəniyyət İdarəsi öz incəsənət nümayəndələri ilə Astara rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış etdi. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqlarla görüşüb, onları Astarada görməkdən məmnünlüq hiss etdiyini bildirdi.

       Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Fərid Hacıyev, Firudin Səfərov, Şamo İbayev, Məlahət Əzizli, Ruslan Zahidov, Aysel Nərimanova, Minəxanım Zeynalova, “Halay” folklor kollektivi,  “Halay” Veteranlar qrupu, “Masallı” rəqs qrupu, İncəsənət Məktəbinin rəqs qrupu və s. tamaşaçıların alqışları ilə qarşılanan rəngarəng musiqi nömrələri ilə konsert nümayiş etdilər.

       Belə gözəl konsertə görə Astara RİH-nin başçısı Qəzənfər Ağayev Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərinə, kollektivlərə və ifaçılara xüsusi minnətdarlılğını bildirdi.