Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir kərə yüksələn bayraq bir daha enməz

06.11.2018

Cəlilabad MKS.06.11.2018-ci il tarixdə Mərkəzi kitabxanada 9 noyabr Dövlət Bayrağı günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı ədəbi-bədii gecə keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov, şair Gülbala Teymur, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Ombudsman Cəlilabad Regional Mərkəzinin baş məsləhətçisi Xalid Şəmili, Əməkdar Mədəniyyət işçisi Cahangir Muradov,Təhsil işçisi Ziya Qürbətov iştirak edirdilər. Ədəbi-bədii gecədə şəhər 2 saylı tam orta məktəb şagirdlərinin ifasında şeirlər səsləndi, mahnı və rəqslər ifa olundu.