Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 yanvar Ümumxalq Hüzn Günüdür

17.01.2018

17 yanvar 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında 20 yanvar faciəsi ilə əlaqədar tədbir keçrildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov  bildirdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə  işğalçı sovet qoşunları tərəfindən Bakı şəhərində xalqımıza qarşı bağışlanılmaz cinayət törədilmiş,    mülki insanlar kütləvi şəkildə  qətlə yetirilmişdir.  Azərbaycan xalqı bütün tarix boyu dəfələrlə bu cür ağır hücumlara məruz qalsa da xoşbəxt gələcəyə olan inamını heç zaman itirməmiş , qısa müddətdə toparlanaraq öz əvvəlki həyatına davam etmişdir.  Tədbirdə Oxu zalının müdiri Şəmsurə Nəsirova və baş kitabxanaçı Həbibə Hüseynova çıxış edərək azadlığa gedən yolun asan olmadığını, məhz vətənin  qəhrəman övladlarının  şücaəti və qəhrəmanlığı sayəsində dövlət müstəqilliyinin əldə edildiyini vurğuladılar. Tədbirdə İ.Zülalov adına İsgəndərli  tam orta məktəbin 1 və 5-ci sinif şagirdlərindən Hüseyn Hüseynov, Mirməhəmməd Bəşirov, Ramilə Ağayeva və digərləri  vətənə, xalqa, 20 yanvar şəhidlərinin qəhrəmanlığına həsr olunan şeirlər söylədilər.