Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 20 yanvar Ümumxalq hüzn günü qeyd edildi

20.01.2018

Yanvarın 20-də Masallıdakı Qəhrəmanlar parkında 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümumxalq matəm günü keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla aparat işçiləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə tər qərənfillər qoydular. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin məlum fanicə ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Masallı ictimaiyyəti və rayon sakinləri abidə önünə gül dəstələri qoydu.