Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Siqaret bəşəriyyətin düşmənidir”

19.01.2018

19 yanvar 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanası şəhər 3 saylı orta məktəbdə ”Siqaret bəşəriyyətin düşmənidir” adlı tədbir keçirdi. Oxu zalı tərəfindən təşkil olunan tədbiri giriş sözü ilə açan baş kitabxanaçı Həbibə Hüseynova hazırda dünyada geniş yayılan siqaret aludəçiliyinin insan sağlamlığına ciddi zərərindən danışdı , bu bəla ilə mübarizədə dövlət başçısı İlham Əliyevin son dövrdə imzaladığı sərəncamın xüsusi əhəmiyyəti olduğunu qeyd etdi. Sonra tədbirdə çıxış edən məktəbin idman müəllimi Sabir Əhmədov gəncləri bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı, müntəzəm idmanla məşğul olmalarını tövsiyyə etdi.