Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sağlamlığımızı qoruyaq, siqaretə yox deyək!”

25.01.2018

25 yanvar 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında   “Sağlamlığımızı qoruyaq, siqaretə yox deyək!”  başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan  Kitabişləmə və  komplektləşdirmə şöbəsinin işçisi Nahidə Fərəcova siqaretin insan sağlamlığına zərərindən danışaraq bu maddələrin həm asılı fərdin orqanizminə, bütövlükdə isə cəmiyyətə ziyan vurduğunu bildirdi.  O, əhali arasında siqaretdən istifadənin  kütləvi şəkildə yayılmasının qarşısının alınmasında Səhiyyə Nazirliyinin digər dövlət qurumları ilə birgə  həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.

 

74 KB

 

76.1 KB

 

58.7 KB