Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi növbəti virtual konsert proqramı ilə çıxış edib.

15.08.2020

Avqustun 15-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi növbəti virtual musiqi proqramı ilə çıxış edib. Mərkəzin tədbir salonunda keçirilmiş musiqi tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunub.

Konsert tədbirində mərkəzin solistlərindən istedadlı sənətçilər Ruslan Zahidov və Roza İstək zövqlü musiqi ifaları ilə virtual sənətsevərlərə xoş anlar bəxş ediblər. Konsert proqramında sənətçiləri mərkəzin istedadlı instrumental ifaçıları müşayiət ediblər. Konsert ərzində sənətçilər bir sıra tanınmış Azərbaycan bəstəkarlarının sevilən mahnılarını səsləndiriblər.

Qeyd edək ki, musiqi tədbirinin hazırlanmasında mərkəzin direktoru Vəkil İsmayılov, bədii rəhbər Sakit Müslümov, rejissor Cəmaləddin Əliyev, quruluşçu rəssam Elsevər Əliyev və digərləri yaxından iştirak ediblər.