Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rayon tarix-diyarşünaslıq muzeylərinin təşkilatçılığı ilə ”Tariximizin yeni nəfəsi” mövzusunda onlayn tədbir keçirilib.

08.12.2020

Dekabrın 8-də Masallı və ölkəmizin bir sıra rayonlarında fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeylərinin direktorlarının iştirakı ilə ”Tariximizin yeni nəfəsi” mövzusunda onlayın konfrans keçirilib.

Onlayn tədbiri Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva açaraq, əvvəlcə videokonfrans iştirakçılarını "Vətən müharibəsi"ndə qazanılan möhtəşəm zəfər müasibətilə təbrik edib. Sonra zəfərin qazanılmasında misilsiz rəşadət nümunəsi göstərərək vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqidəlik sukutla yad edilib.

Tədbirdə bildirilib ki, 44 günülük "Vətən müharibəsi" Müzəffər Ali Baş Komadanın rəhbərliyi, rəşadətli ordumuzun, onun qəhrəman əsgər və zabitlərinin şücaəti, xalqımızın möhkəm birlik və həmrəyliyi nəticəsində zəfərlə başa çatdı. Qazanılan böyük hərbi uğurla ərazi bütövlüyümüz təmin olundu, tarixi-mədəni mirasımız öz sahiblərinə qayıtdı. Ölkəmizin müasir tarixinə yeni - "Zəfər" adlı səhifə yazıldı.

Azərbaycan İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova qazanılan möhtəşəm zəfər münasibətilə onlayn tədbir iştirakçılarını təbrik edib. O, qeyd edib ki, muzey müəssisələri bundan sonrakı fəaliyyətlərində daha da məsuliyyətli olmalı, əldə ediləcək hər bir tarixi eksponatın gələcək nəsillərə tanıdılması və öyrədilməsində daha böyük səylə çalışmalıdır. A. Axundova həmçinin vurğulayıb ki, yaxın gələcəkdə şəhidlərimizin şəxsi əşyalarının yaxınlarından toplanıb muzeylərdə mühafizə olunması və sərgilənməsi işinə böyük məsuliyyət və vətənpərvərlik hissi ilə yanaşmalıyıq.

Daha sonra işğaldan yenicə azad olunmuş Qubadlı, Laçın, Zəngilan, Xocalı və Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeylərinin direktorları çıxış ediblər. Onlar zəfərlə bağlı ölkəmizdə son günlər sevincli günlərin yaşandığını, doğma torpaqlara qayıdacaqları günü, muzeylərinin doğulduqları yurd yerində fəaliyyət göstərəcəyi tarxi məqamı gözlədiklərini deyiblər.

Tədbirin sonunda muzey direktorları qazanılan zəfərdə göstərdiyi qətiyyət və siyasi iradəyə görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, hərbi rəşadət və şücaətə görə ordumuzun qəhrəman əsgər və zabit heyətinə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

 

55.9 KB

 

44 KB

 

29.9 KB