Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş onlayn tədbir keçirilib.

09.12.2020


Dekabrın 9-da Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayonun Dəmirçi kənd ümumi orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və zəfərə gedən yol“ mövzusunda tədbir keçirilib.
Mövcud pandemiya təhlükəsilə əlaqədar olaraq onlayn platforma vasitəsilə təşkil olunan tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyev və "Vətən müharibəsi"ndə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə qeyd edib ki, Ulu öndər H. Əliyev tərəfindən əsası qoyulmuş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında davam və inkişaf etdirilən uğurlu xarici siyasət kursu respublikamızın beynəlxalq arenadakı nüfuzunun hər keçən gün artması ilə nəticələnir. Ölkəmizin son illərdəki sosial-iqtisadi göstəriciləri, həmçinin "Vətən müharibəsi"ndəki qalibiyyətimiz bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti cənab İ. Əliyevin xalqa verdiyi vədlər əməli fəaliyyətlə real həyata vəsiqə qazanır.
Daha sonra Dəmirçi kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi İradə İmanbəyli və məktəbin şagirdləri - Sadiq Alxaslı və Dəniz Səmədzadə mövzu ilə bağlı fikirlərini bildirib, ümummilli lider H. Əliyevin kəlamlarını səsləndiriblər.
Onlayn tədbirdə şagirdlərdən Arzu İmanova, Fidan İmanova, Fəridə Şükürlü, Rüqəyya Paşayeva, Orxan Yusubov və Sevanə Əzimova Ulu öndər H. Əliyevin anım günü ilə əlaqədar şeirlər oxuyublar.