Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə insan alveri mövzusunda onlayn tədbirlər keçirilib.

17.12.2020


17 dekabr tarixində Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici xarakterli onlayn tədbir keçirilib. Onlayn tədbirdə mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə və Masallı Dövlət Regional Kollecinin 1-ci kurs tələbələri iştirak ediblər.
Tədbirdə G. Vəkilzadə mövzu ilə bağlı geniş çıxış edərək, tələbələrə maarifləndirici məlumat və izahatlar verib. Bildirilib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə etmişdir və bu istiqamətdə aparılan işlər bu gün də uğurla davam etdirilir.
20 dekabr tarixində Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin 1-ci kurs tələbələrinin iştirakı ilə mövzu ilə bağlı növbəti - “İnsan alverinə qarşı mübarizədə həmrəylik” adlı tədbir keçirilib.
Onlayn tədbir ərzində mərkəzin əməkdaşı tərəfindən mövzunun mahiyyətilə bağlı ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

 

37.2 KB

 

43.2 KB