Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mədəniyyət işçiləri Vətən müharibəsi iştirakçılarını ziyarət ediblər.

21.12.2020

Dekabrın 21-də Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri Vətən müharibəsinin könüllü iştirakçıları, qazi Namiq Ağayev, İsmayıl Hüseynov və İbrahim Məmmədlini ziyarət ediblər.
Müharibənin başlandığı ilk günlərdən könüllü olaraq döyüşlərə qatılan N. Ağayev Şuşa şəhərinin düşməndən azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. Döyüşlərdə o, baş nahiyəsindən zədə alıb.
Digər müharibə iştirakçısı, qazı İsmayıl Hüseynov bir sıra rayonların azadedilməsi əməliyyatlarında şücaət göstərib. Döyüşlər zamanı göz nahiyəsindən ciddi yaralanıb.
Qazı İbrahim Məmmədli isə Ağdam-Ağdərə istiqamətlərində aparılan döyüşlərdə iştirak edib, baş nahiyəsindən qəlpə yarası alıb.
Ziyarət zamanı mədəniyyət işçiləri qazilərin sağlamlıq vəziyyəti və sosial qayğıları ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri igidliyə görə regionun mədəniyyət işçiləri adından onlara təşəkkür ediblər.
Qeyd edək ki, ziyarət olunan qazilərdən N. Ağayev bu yaxınlarda Prezidentin müvafiq Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
 

 

32 KB

 

33.7 KB

 

28.7 KB