Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Vətən müharibəsi iştirakçılarını ziyarət ediblər.

30.12.2020


Dekabrın 30-da Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonundakı mədəniyyət müəssisələrinin əməkdaşları Vətən müharibəsində könüllü iştirak etmiş Cəlilabad rayonundan olan qazilər - Nicat Seyfullazadə və Hüseyn Məmmədovu ziyarət ediblər.
N. Seyfullazadə Şuşa şəhəri, Fizuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi əməliyyatlarında igidlik göstərib, döyüşlər zamanı yaralanıb.
Rayonun Gülməmmədli kəndindən olan digər qazi H. Məmmədov isə cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edib.
Qeyd edək ki, ziyarət olunan qazilərdən N. Seyfullazadə bir müddət əvvəl Prezidentin müvafiq Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.