Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda Gənclər Günü qeyd olundu

02.02.2018

          Fevralın 2-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “2 fevral–Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər və tələbələr iştirak edirdi.

        Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, abidə önünə gül-çiçək dəstələri qoydu və ümummilli liderin xatirəsini böyük ehtiramla yad etdilər. Sonra Masallı rayon Mədəniyyət Mərkəzində təşkil olunan rayon gənclərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Tədbir Dövlət Himnimizlə başladı. Gənclər Gününə hərs olunmuş video rolik nümayiş etdirildi.

       Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov Gənclər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, gənclərə xoş arzularını çatdırdı. Rayon rəhbəri bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur.

        Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ötən dövr ərzində görülmüş işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış etdi, Azərbaycan Gəncləri gününün qeyd edilməsi məqsədilə idarə tərəfindən xüsusi tədbirlər planının işlənib hazırlandığını toplantı iştirakçılarının diqqətinə çatdırdı.

        Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, YAP Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Əməkdar müəllim, "Tərəqqi" medallı Mirqabil Hüseynov, fəal gənclərdən – SYSLAB Mərkəzinin kordinatoru Rafət Şirəliyev, Sığıncaq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əsmər Adıgözəlova, Aprel döyüşçüsü Mansur Quliyev və başqaları gəncləri təbrik etdi, onlara gələcək işlərində uğurlar arzulayaraq bir daha gəncləri bütün sahələrdə fəal olmağa çağırdılar.

       Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə, elmdə əldə etdiyi yüksək nailiyyətlərə, rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup gənc Masallı Rayon İcra Hakimiyyəti, YAP Masallı Rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin Fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olundular. YAP sıralarına yeni qəbul olmuş gənclərə üzvlük biletləri təqdim edildi.
       Bayram tədbiri Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdi.

 

91 KB

 

125.5 KB

 

111.5 KB