Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Dəmir Yumruq” sənədli filminin nümayişi keçirilib.

04.05.2021


Mayın 4-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub. Karantin rejiminin qaydaları gözlənilməklə mərkəzin 3D kinozalında təşkil olunan tədbirdə mərkəz rəhbərliyi və əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, rayon Mərkəzi Kitabxanasının direktoru Rahim Səfərov, rayon Rəsm Qalareyasının direktor vəzifəsini icra edən Sirac Sultanov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Əlisəfa Əhmədov, müvafiq sahə üzrə yerli həmkarlar təşkilatının sədri Ərşad İsrafilov iştirak ediblər.
İlk öncə, Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə A. Ağayev çıxış edərək 27 sentyabrda başlanan Vətən müharibəsi, döyüşlər zamanı ölkəmizdəki birlik əhval-ruhiyyəsi haqda bəhs edib, eyni zamanda dilindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu, həmrəylik ideyasını tərənnüm edən filmdən geniş söhbət açıb. O, “Dəmir Yumruq” filmində Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri olan gənclərin Vətənin çağırışına ürəkdən, sevinc və coşğu ilə qarşılıq verdiklərini qeyd edib.
Tədbirdə çıxış edən idarənin rayon üzrə nümayəndəsi Ayaz Əliyev Vətən müharibəsi, o cümlədən əldə etdiyimiz qələbə, xalqımızın əzimkarlığı, dövlətimizin qüdrəti barədə danışıb.
Çıxışlar sona çatdıqdan sonra filmə baxış keçirilib.