Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda hakim partiya fəallarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.

05.05.2021


Mayın 5-də Masallı Rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının birgə təşkilatçılğı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə təşkilatların əməkdaşları iştirak edib.
İlk öncə, şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışında bildirmişdir ki, Azərbaycan xalqının taleyi qarşısındakı əvəzsiz xidmətləri Ulu öndər Heydər Əliyevin adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazmışdır. Mənalı ömrünü bütün varlığı, canı və qanı qədər sevdiyi Azərbaycan üçün həsr edən ulu öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrətinin əsasını təşkil edir.
Daha sonra Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirmişdir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev adı və əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Buna görə də: “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”.
Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar mərkəzin ekspozisiya zalında “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
 

 

81.5 KB

 

73.9 KB

 

61.3 KB