Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş virtual kompozisiya nümayiş olunub.

06.05.2021


Mayın 6-da Masallı Xalq teatrının səhnə kollektivi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Tarixin işığında” adlı ədəbi-bədii, musiqili kompozisiya ilə çıxış edib.
Tədbirdə teatrın aktyorları ilə bərabər, Masallı Dövlət Regional Kollecinin tələbələri, mədəniyyət işçiləri və digərləri iştirak edib.
Xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərindən hazırlanmış kompozisiyada zövqlü musiqi nömrələri də ifa olunub.
Ədəbi-bədii, musiqili kompozisiyada teatrın rejissoru Cəmaləddin Əliyev və bədii qiraətçi Ziyafət Hüseynovun çıxışlarından sonra rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə və tələbələr Ulu öndəri tərənnüm edən şeir parçaları səsləndiriblər. Daha sonra rayon Mədəniyyət Mərkəzinin solistləri, istedadlı müğənnilər Atamoğlan Zahid və Ruslan Zahidov ruhoxşayan musiqi ifaları ilə tədbirə rəng qatıblar.
Səhnə işinə istedadlı prodüser Mərhəmət Lələyev quruluş verib.