Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlıda Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib.

05.05.2021


Mayın 5-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı M.R.Xanıyev adına Yardımlı şəhər 3 saylı tam orta məktəbində mühazirə ilə çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Elşən Abışov Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin onun adı ilə bağlı olduğu, həmçinin Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin danılmaz həqiqət olması barədə söhbət açıb.
Tədbiri davam etdirən mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu rəhbərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın çiçəklənmə dövrü yaşadığını, eyni zamanda dünya liderlərinin Ulu rəhbər haqqında söylədiyi qiymətli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbirdə iştirak edən məktəbin direktoru Salman Qurbanov Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri, Prezident İlham Əliyevin bu irsin layiqli davamçısı kimi liderlik keyfiyyətləri, həmçinin Vətən müharibəsində əldə etdiyimiz Zəfər haqda geniş bəhs edib.
 

 

46.7 KB

 

49.1 KB