Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda mədəniyyət işçiləri tarixi tikilinin yerləşdiyi ərazidə təmizlik aksiyası təşkil ediblər.

09.05.2021


Masallıda mədəniyyət işçiləri və könüllü gənclərin birgə səyi ilə XIX əsrə aid tarixi hamamın yerləşdiyi ərazidə təmizlik işləri aparılıb.
Əvvəlcə, mayın 6-da Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhərin mərkəz hissəsində yerləşən tarixi abidəyə baxış keçirib. Rəis binanın vəziyyəti ilə tanış olandan sonra ərazidə abadlıq işlərinin aparılması ilə bağlı təşəbbüs irəli sürüb.
Mayın 9-da isə rəis B. Qılıncov, idarənin əməkdaşları, mədəniyyət işçiləri və müvafiq sahə üzrə gənc könüllülərin iştirakı ilə binanın daxilində və ətraf ərazidə təmizlik işlərinin görülməsi məqsədilə aksiya təşkil edilib. Aksiya ərzində ərazi tullantılardan, daş qalaqlarından və alaq otlarından təmizlənib.
Qeyd edək ki, XIX əsrdə inşa olunmuş tarixi hamam ötən əsrin sonlarınadək şəhər sakinlərinə xidmət göstərib.