Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ramazan bayramı ilə əlaqədar şəhid ailələri və müharibə iştirakçısı ziyarət olunub.

09.05.2021


Mayın 9-da Masallı Regional Mədəniyyət İdarəsinin rəisi B. Qılıncov, əməkdaşlar, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı Rayon Komitəsinin sədri Vəkil İsmailovun iştirakı ilə qarşıdan gələn Ramazan bayramı münasibətilə şəhid ailələri və müharibə iştirakçısı bayram sovqatı ilə ziyarət olunub.
İdarə rəhbərliyi və komitə sədri əvvəlcə rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Sərvər oğlu Təhməzovun ailəsi ilə görüşüb. Sonra onlar Çaxırlı kəndində Məhəmməd Nail oğlu Vəliyev və Ziya Zahid oğlu Gözəlovun ailəsinin qonağı olublar. Mədəniyyət işçiləri daha sonra Lürən kəndində müharibə iştirakçısı Asif Mirmövsüm oğlu Abdullayevi ziyarət ediblər.
Görüşlər zamanı idarə rəhbərliyi ailələri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, ehtiyacları ilə maraqlanıblar.
 

 

111.6 KB

 

89.9 KB

 

66.3 KB