Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş onlayn konsert proqramı keçirilib.

09.05.2021


Mayın 9-da Masallı Rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının iştirakı ilə "Sən elə bir zirvəsən!" adlı onlayn konsert proqramı keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən musiqi tədbirində bəstəkar və xalq mahnıları ifa olunub.
Tədbirin aparıcısı virtual izləyiciləri salamlayıb, sonra sənət ustaları səhnəyə dəvət edilib. Əvvəlcə istedadlı müğənni Atamoğlan Zahid musiqi ifasını təqdim edib. Sonra növbə ilə digər sevilən sənətçilər Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov zövqlü ifaları ilə səhnəni bölüşüblər. Sənət ustalarını mərkəzin instrumental musiqiçi kollektivi müşayiət edib.
Xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.
 

 

28.2 KB

 

55.2 KB

 

23.9 KB