Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda seminar müşavirə

05.02.2018

           05 fevral 2018 – ci ildə Yardımlı rayon  Mədəniyyət Mərkəzində mədəniyyət sahəsində çalışan işçilərinin iki günlük   seminar müşavirəsi keçirildi. Müşavirədə Masallı Regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Ayaz Əliyev iştirak etdi.

Seminar-müşavirədə MKS-in direktoru R.Səfərov seminarda iştirak etməyin vacib olduğunu bildirdi.   R.Səfərov illik hesabatlar barədə məlumat verdi.

        Seminar müşavirədə MKS – in metodiki biblioqrafiya işi üzrə şöbə müdiri M.Şəbiyev çıxış etdi. Seminar-müşavirədə həmçinin ixtisas biliyi zəif olan kitabxanaçılara Mərkəzi Kitabxana ilə əlaqə saxlamaq tapşırıldı və nəzərdə tutulmuş tədbirlər barədə metodiki tövsiyyələr verdi.

Mədəniyyət Mərkəzinin direktoru N.Abiyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçiriləcək tədbirlər barədə məlumat verdi.  Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Bu məqsədlə il ərzində keçiriləcək tədbirlər  bu mövzunu əks etdirməlidir.

         Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi A.Əliyev seminarda yekun çıxış etdi.