Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş virtual “Yaz festivalı”na start verilir.

11.05.2021


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mayın 12-dən iyunun 12-dək Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş virtual “Yaz festivalı” keçiriləcək.
Festivalın dahi şairin həyat və yaradıcılığını əks etdirən şeir, romans, mahnı və rəsm əsərləri olmaqla 3 sənət istiqaməti üzrə keçirilməsi nəzərdə tutulub:
1. Bədii qiraət;
2. Rəsm əsərləri (əl işləri);
3. Solo ifaçılığı (tək musiqi ifası).
Festivalda 7 yaşdan 70 yaşadək olan vətəndaşlar iştirak edə bilər. Festival iştirakçılarının videotəqdimatları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq.
Festivalda 1, 2 və 3-cü yerləri tutacaq iştirakçılara İdarə rəhbərliyi tərəfindən diplom təqdim ediləcək.
 

 

254 KB