Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

12.05.2021


Mayın 12-də rayonun Ərkivan qəsəbəsində ötən ilin iyul ayında Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Şəhid zabitin doğulduğu evin önündə təşkil edilmiş tədbirdə şəhidin doğmaları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə, şəhidin xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbirdə A. Novruzovun həyatı və hərbçi kimi fəaliyyəti barədə çıxışlar edilib, şəhidin ailə üzvləri, yaxınları və hərbçi yoldaşları şəhid zabitlə bağlı xatirələrini bölüşüblər.
Anım tədbirində rayon Mədəniyyət Mərkəzi nəzdindəki Xalq teatrının səhnə kollektivi Anar Novruzova həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edib. Mərkəzin solisti, istedadlı sənətçi Ruslan Zahidovun ifasında həzin musiqilər səsləndirilib.