Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov regionun mədəniyyət işçilərini Ramazan bayramı münasibətilə təbrik edib.

13.05.2021


Təbrikdə deyilir:
Hörmətli mədəniyyət işçiləri!
Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə cansağlığı, səadət, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!
Bildiyiniz kimi, 2021-ci il ölkə mədəniyyəti üçün əlamətdar sayılacaq illər sırasındadır. Bu il mədəniyyətimizə yeni nəfəsin, onu davamlı olaraq inkişaf mərhələlərinə daşıyacaq dəyişikliklərin gələcəyi ildir. Bu il eyni zamanda mədəniyyətimizin paytaxtı - Şuşanın dirçəlişinin təməlinin qoyulduğu, nəhayət uzun fasilədən sonra mədəniyyətimizin işğaldan azad olunmuş vətən torpaqlarına qaytarılacağı ildir. Bu baxımdan, biz mədəniyyət işçilərini qarşıda yeni məqsəd və hədəflər gözləyir.
Hər birinizi bu şərəfli missiyada hədəflərə doğru inam və əzmlə addımlamağa səsləyir, bu yolda nailiyyətlər arzu edirəm!
Ramazan bayramınız mübarək!