Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərliyi rayonun bir sıra kəndlərində şəhid məzarlarını ziyarət ediblər.

15.05.2021


Mayın 15-də Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərliyi rayonun bir sıra kəndlərində şəhid məzarlarını ziyarət ediblər.
Əvvəlcə, Hişkədərə kəndində şəhid İbrahim Həzrətqulu oğlu Lələyev, Zaur Vaqif oğlu Hüseynov və Vüsal Aslan oğlu Məhərrəmovun məzarları ziyarət olunub. Mədəniyyət işçiləri sonra Şərəfə kəndində Ramazan Hilal oğlu Vəliyevin məzarını ziyarət edib, şəhidin ailəsinin qonağı olublar.
Mədəniyyət işçiləri şəhid məzarlarına tər çiçəklər qoyub, mərhumların ruhuna dualar oxuyublar. Ailə ilə görüş zamanı valideynlərin dərdini bölüşüb, onlara səbir diləyiblər.
 

 

62.1 KB

 

132.9 KB

 

102.4 KB