Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində ”Açıq qapı” günləri davam edir.

18.05.2021


R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzey həvəskarları üçün təşkil edilən "Açıq qapı" günləri davam edir. Adıçəkilən məqsəd çərçivəsində Muzeydə ziyarətçilər üçün ekskursiyalar aparılır, maraqlı eksponatlar barədə onlara ətraflı izahlar verilir. Bununla yanaşı, qonaqlar müəssisənin tarixi və fəaliyyəti ilə də tanış edilir.
May ayının 18-də rayonun bir neçə məktəbəqədər təhsil müəssisəsinin azyaşlıları Muzeyin qonağı olub, ekskursiyalarda iştirak ediblər.
Qeyd edək ki, "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış" devizi altında keçirilən "Açıq qapı" günləri daha bir neçə gün davam edəcək.
 

 

49.1 KB

 

78.4 KB

 

58.1 KB