Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində “Gənclər Günü” qeyd edildi

01.02.2018

Gənclər günü ilə bağlı 01 fevral tarixində R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyində tədbir keçirildi.Tədbirdə Masallı Regional Mədəniyyət və Turizm İdarəsində, YAP Masallı Rayon Təşkilatında işləyən gənclər və Asan Xidmətin Könüllülər qrupu iştirak edirdilər. Tədbiri muzeyin direktoru ƏntiqəTağıyeva açaraq “2 Fevral Gənclər Günü” münasibəti ilə gənclərimizi təbrik etdi. “Gənclər Günü”nün elan edilməsi, prezident İlham Əliyevin Azərbaycan gənclərinə diqqət və qayğının göstərilməsindən və Azərbaycan gəncinin vətəninə, dövlətinə, milli dəyərlərimizə, adət-ənənlərimizə böyük sevgi və ehtiramla yanaşmalarından danışdı. Fəal gənclərimizdən Rəmziyyə Bədəlova, Sevinc Əsgərova çıxışlarında həm ulu öndər Heydər Əliyevin, həm də prezident İlham Əliyevin ən böyük önəm verdiyi dövlət gənclər siyasətinin zamanın tələbləri səviyyəsində qurulması və reallaşdırılmasından danışdılar.