Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muzeylər milli sərvətimizdir” mövzusunda onlayn tədbir təşkil edilib.

19.05.2021


Mayın 19-da Masallı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Muzeylər milli sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib.
İlk öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə tədbir iştirakçılarını salamlayıb. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Gününün bütün dünyada hər il geniş qeyd edildiyini bildirib. G. Vəkilzadə əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Masallı Rayon Heydər Əliyev Mərkəzində, Ulu öndərin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini əks etdirən fotoşəkillərdən ibarət eksponatlar nümayiş olunur. O, həmçinin milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər barədə də iştirakçılara məlumatlar verib.
Heydər Əliyev siyasətinin ölkəmizin müasir tarixində əvəzedilməz rolu olduğunu deyən G. Vəkilzadə, Prezident İlham Əliyevin hazırda bu siyasəti uğurla davam etdirdiyini və Vətən müharibəsində qazanılan Zəfərin bu siyasi kursun ən önəmli nəticəsi olduğunu diqqətə çatdırıb.
Yekunda tələbələr üçün onlayn ekskursiya keçirilib.