Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda insan hüquqları mövzusuna həsr olunmuş videokonfrans keçirilib.

18.05.2021


Mayın 18-də Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonundakı digər mədəniyyət müəssisələri, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzi və bir sıra yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 18 may - 18 iyun insan hüquqları aylığı çərçivəsində “Məişət zorakılığının yaratdığı fəsadlar və effektiv mübarizə tədbirləri. Qanunvericilik: milli və beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirilib. Videokonfransda qeyd olunan qurumların əməkdaşları və fəal gənclər iştirak ediblər.
Videokonfransı giriş sözü ilə açan Ombudsman Aparatı təmsilçisi Ziya İsmayılov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir və ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsünə əsasən ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur. Aylığın keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Videokonfransda daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Varid Əsgərov, Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və Masallı Regional Mədəniyyət İdarəsinin rayon üzrə böyük mühasibi Elnur Atakişiyev məişət zəminində baş verən ailədaxili zorakılıq və onun səbəblərinin araşdırılması, həlli yolları, müvafiq sahə üzrə hüquqi maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkili və digər məsələlər barədə geniş məruzə ilə çıxış ediblər.
Videokonfrans mövzu ilə əlaqədar maraqlı müzakirələrlə başa çatıb.