Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda muzeylər günü ilə əlaqədar tədbir keçirilib.

18.05.2021


18 may tarixində R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir keçirilib. Tədbirdə “Halay“ Xalq folklor kollektivinin veteranları, mədəniyyət işçiləri, Masallı Regional ASAN Xidmət Mərkəzinin və Muzeyin könüllüləri iştirak ediblər.
İlk olaraq, Qarabağ uğrundakı döyüşlərdə həyatını itirmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva əvvəlcə Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, sonra ölkə muzeylərinin mədəniyyətimizin tanıdılması və təbliği işindəki rolu barədə geniş danışıb.
Daha sonra bu yaxınlarda "Xarıbülbül" musiqi festivalında iştirak edən “Halay“ folklor ansamblının bədii rəhbəri Natəvan Əliyeva festivalla, həmçinin Şuşa şəhəri, işğaldan azad edilmiş digər ərazilərimizlə bağlı təəssürat və müşahidələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə eyni zamanda, muzey işinin təbliği sahəsindəki xidmətlərinə görə bir sıra fəal gənclər muzeyin "Fəxri Fərman"ı ilə təltif olunub.
Tədbirdə folklor ansamblının üzvləri Şuşadakı festival zamanı səsləndirdikləri “Qarabağ Azərbaycandır!“ nəğməsini canlı ifa ediblər. Sonda xatirə fotoları çəkdirilib.