Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional mədəniyyət idarəsinin rəisi Yardımlı rayonundakı kənd müəssisələrinə baxış keçirib.

17.05.2021


Mayın 17-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Yardımlı rayonuna növbəti dəfə səfər edib. İdarənin adıçəkilən rayonun ərazisindəki kənd müəssisələri ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində bir neçə kənddə monitorinqlər aparılıb.
İdarə rəisi əvvəlcə kəndlərdəki müəssisə binalarının texniki vəziyyəti və avadanlıqlarla təminat məsələləri ilə maraqlanıb. Səfər zamanı kənd müəssisə rəhbərləri ilə görüşlər keçirilib, mövcud problemlərlə bağlı fikirlər dinlənilib, onların həlli istiqamətində müzakirələr aparılıb.
Rəis müəssisələrin profil üzrə fəaliyyətinin hazırkı vəziyyəti ilə də tanış olub və gələcək planlarla əlaqədar müvafiq tapşırıqlarını verib.