Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi

06.02.2018

6 fevral 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kitabxana Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin müdiri Rəşad İsmayılov bildirdi ki, Qara Qarayev 1918-ci ildə fevralın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuş və dövrünün bir çox dəyərli şəxsiyyətlərindən musiqi təhsil almışdır. Bunun nəticəsi olaraq onun özünün də musiqi sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığını bildirərək, musiqi elminin inkişafında çox böyük rolu olduğunu bildirdi. Daha çonra Oxu zalının baş kitabxanaçısı Həbibə Hüseynova və böyük kitabxanaçı Aidə Quliyeva çıxış edərək tanınmış musiqiçinin dünyaca məhşur olan dəyərli əsərlər yaratdığını və  bir çox yüksək dövlət mükafatlarına, orden və medallara layiq görüldüyünü bildirdi.