Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarə rəisi Bəxtiyar Qılıncov incəsənət məktəbində keçirilmiş rəsm sərgisində iştirak edib.

25.05.2021


Mayın 25-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgidə iştirak edib. Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində keçirilmiş sərgi tədbirində təhsil müəssisəsi müdavimlərinin əl işləri nümayiş olunub.
Sərgi ilə tanış olan idarə rəhbəri gənclərə uğur diləyib. Rəis müəssisə tərəfindən gənc istedadların önə çıxarılması və potensialının dəstəklənməsini müsbət qiymətləndirib.
Sonra konsert proqramı keçirilib. Məktəbin müəllimlərindən Aysel Nərimanova və Şamo İbayev zövqlü repertuarla qonaqlar önündə çıxış ediblər.