Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxanada kitab sərgisi təşkil edilib.

25.05.2021


Mayın 25-də Masallı Rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçirilib. Kitabxana qarşısında təşkil edilmiş sərgidə N. Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar nümayiş olunub. Bununla yanaşı, Ümummilli lideri Heydər Əliyev haqqında yazılmış kitablara da yer verilib. Həmçinin kitabxana fonduna yenicə daxil edilmiş bir sıra yeni nəşrlər, bir-birindən maraqlı əsərlər də sərgilənib.
Sərginin təşkil edilməsində əsas məqsəd gənc nəslin nümayəndələrində kitaba maraq oyatmaq, onları kitabxanalara cəlb etmək və asudə vaxtlarını kitab oxuyaraq daha səmərəli keçirmələrinə dəstək olmaqdır.
Sərginin keçirildiyi müddət ərzində müxtəlif yaşlı xeyli sayda oxucu sərgidə nümayiş olunan yerli və xarici ədəbiyyatla tanış olub, maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.