Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda Respublika Günü münasibətilə onlayn konsert proqramı keçirilib.

27.05.2021


Mayın 27-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində 28 may - Respublika Gününə həsr olunmuş "Yaşa, Azərbaycan!" adlı onlayn konsert proqramı keçirilib.
Konsert tədbirinin aparıcısı tarixi günlə əlaqədar izləyiciləri təbrik edib. Sonra musiqi ifalarına yer verilib. Sevilən incəsənət ustalarından Atamoğlan Zahid tədbirdə ilk musiqi nömrəsini təqdim edib. Sonra növbə ilə digər istedadlı sənət adamları Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov bayram ovqatlı musiqilər ifa ediblər.
Konsertdə "Halay" Xalq folklor ansamblının ifası tədbirə xüsusi rəng qatıb. "Xarıbülbül" musiqi festivalındakı uğurlu çıxışı ilə fərqlənən kollektiv Şuşada səsləndirilmiş "Qarabağ bizim ürəyimizdir" kompozisiyasını ifa edib. Onlayn konsertdə milli ruhda şeirlər də səsləndirilib.
İfaçıları mədəniyyət müəssisəsinin istedadlı instrumental musiqiçiləri müşayiət edib. Konsert sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
Video material
 

 

60.8 KB

 

53.4 KB

 

35.2 KB