Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyi

07.02.2018

7 fevral 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30  illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov bildirdi ki, Azərbaycan xalqının qəhrəman oğlu Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunda anadan olmuş, hələ uşaq yaşlarından vətənə olan hədsiz sevgisi ilə digər yaşıdlarından seçilmişdir. Daha sonra çıxış edən Xidmət şöbəsinin müdiri Gülər Piriyeva qəhrəmanın göstərdiyi şücaət və igidlikdən danışaraq onun bu cəsarətli addımının nəinki indiki, hətta gələcək nəsillərə də örnək olacağını bildirdi.

 

 

47.8 KB

 

42.3 KB

 

41.2 KB