Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Respublika Günü münasibətilə növbəti onlayn konsert proqramı keçirilib.

28.05.2021


Mayın 28-də Cəlilabad Rayon Mədəniyyət Mərkəzində Respublika Gününə həsr olunmuş "Vətənimdir Azərbaycan" adlı onlayn konsert tədbiri baş tutub.
Tədbirin aparıcısı Xeyrulla Şahbazov musiqi proqramını açıq elan edərək izləyiciləri salamlayıb və əlamətdar gün münasibətilə xalqımızı, eləcə də virtual proqram izləyicilərini təbrik edib. Sonra bayram konsertinə start verilib. Tədbirdə sevilən incəsənət ustalarından Nazim Məmmədov, Nəsimi Ağayev, Ramil Mirzəyev, Minəxanım Zeynalova, Əli Əliyev və Orxan Hüseynli zövqlü ifalarla izləyicilərə musiqi sovqatı bəxş ediblər.
Musiqi tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.