Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Respublika Gününə həsr olunmuş musiqi proqramları davam edir.

28.05.2021


Mayın 28-də Cəlilabad Şəhər Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi Respublika Günü münasibətilə "İgidlər diyarı Azərbaycan" adlı onlayn konsert proqramı təqdim edib.
Tədbirin təşkilatçısı, incəsənət məktəbinin direktoru Fərhad Qurbanov və proqram aparıcısı Fərid Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə əlaqədar onlayn tədbir izləyicilərini təbrik ediblər. Daha sonra təhsil müəssisəsinin kollektivi və şagirdlər tərəfindən bayram ovqatlı musiqilər ifa olunub.
Konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.